23 Haziran 2014 Pazartesi
MƏSHƏTİ GƏNCƏVİ
MƏSHƏTİ GƏNCƏVİ
XI əsrin sonları - XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi Azərbaycan və müsəlman intibahının parlaq nümayəndəsi olmaqla öz şe'rlərində sənətkar, şair, müğənni və mütrib obrazlarını tərənnüm edən yeni şəhər peziyasının təmsilçisi idi. Məhsəti hər şeydə birincilik qazanmışdır. O, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır. Onun tərcümeyi-halı rəvayətlər və müəmmalar haləsinə bürünüb, şairənin həyatı barədə mə'lum olan faktlarsa hər halda həmin dövrün müsəlman cəmiyyətinin anlayışında həddən artıq qeyri-adiliyi ilə fərqlənir. Əlbət ki, əgər bu faktlara sözün həqiqi mə'nasında yanaşılarsa. Rəvayətlərə əsasən, o, Gəncənin Xərabat məhəlləsində yaşamış, vaxtını qonaqlıqlarda, musiqi və rəqs məclis-lərində keçirmişdir. Onun şe'rlərində şərab və eşq duyğusu tərənnüm olunur. Şairənin əsərləri içərisində Gəncənin Xərabat məhəlləsində yaşayan kənc sənətkarlara, dərzilərə, əyiricilərə, qızılaxtaranlara və başqalarına həsr etdiyi şe'rlər silsiləsi daha çox məşhurdur:
Bənzər, dərzi oğlu, uzun qəmərə,
Sənə yüz Məhsəti dönər çakərə.
Əlindəki saptək yolum düşə kaş
Şəkər dodağına gündə min kərə.
Yun əyirən oğlan mənim canımdır,
Onun zənəxdanı bir zindanımdır.
Onun dodağından 6usə ver, Allah,
Çünki o dodaqlar can dərminımdır.
Torpaq ələyənin mən aşiqiyəm,
Dilim gəlmir açıb sirrimi deyəm.
0, torpaq ələyib qızıl axtarır
Mən əlimdə qızıl onu gəzirəm.
Papaqçı sevkilim şövq ilə bayaq
Tikirdi əlində atlazdan papaq.
Hər papağa yüz-yüz afərin dedim,
Dördünə biri də bəs idi ancaq.
Məhsəti xanımın tərcümeyi-halında qəti müəyyənləşmiş səhifələr olduqca azdır. Onun yaradıcılıqı ilə maraqlananlar üçün Rəfael hüseynovun şairəyə böyük məhəbbətlə və yüksək peşəkar ustalıqla qələmə aldığı "Məhsəti necə varsa" kitabını oxumağı məsləhət görərdik.
Məhsəti Gəncəvi təqribən 1089-cu ildə Gəncə şəhərində doğulmuş və ömrünün sonuna qədər burada yaşamışdır. Onun əsl adı Mənicə idi, Məhsəti adını isə özünə ədəbi təxəllüs kimi götürmüşdü. Həmin təxəllüsün mənşəyi barədə bir neçə rəvayət vardır. Bunlardan birində deyilir ki, guya Sultan Səncərlə söhbətlərindən birində Mənicə öz mühitində hamıdan kiçik və görünməz olduğunu söyləyir. Sultan isə onunla razılaşmayıb deyir ki,"to, meh-həsti" (]ə'ni, "sən hamıdan böyüksən"). Və guya "meh-həsti"-"məhsəti"yə çevrilib, onun təxəllüsü olur. Dikər bir fərziyyəyə körə, "Məhsəti" "məh" və "səti" olmaqla iki sözdən ibərətdir və "böyük xanım" anlamına gəlir. Nəhayət, başqa bir ehtimala əsasən, bu ad "Mah" və "səti" ("Ay xanım") sözlərindən düzəlib
Məhsəti Gəncəvi – XII əsrdə yaşamış mənşəcə Azərbaycan türklərindən olan şairə, sufi Əxi təriqətinin üzvü. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib.
XI əsrin sonları – XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi Azərbaycan və müsəlman intibahının parlaq nümayəndəsi olmaqla öz şerlərində sənətkar, şair, müğənni və mütrib obrazlarını tərənnüm edən yeni şəhər peziyasının təmsilçisi idi. Məhsəti hər şeydə birincilik qazanmışdır. O, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır. Onun tərcümeyi-halı rəvayətlər və müəmmalar haləsinə bürünüb, şairənin həyatı barədə məlum olan faktlarsa hər halda həmin dövrün müsəlman cəmiyyətinin anlayışında həddən artıq qeyri-adiliyi ilə fərqlənir. Əlbət ki, əgər bu faktlara sözün həqiqi mənasında yanaşılarsa. Rəvayətlərə əsasən, o, Gəncənin Xərabat məhəlləsində yaşamış, vaxtını qonaqlıqlarda, musiqi və rəqs məclislərində keçirmişdir. Onun şerlərində şərab və eşq duyğusu tərənnüm olunur. Şairənin əsərləri içərisində Gəncənin Xərabat məhəlləsində yaşayan gənc sənətkarlara, dərzilərə, əyiricilərə, qızılaxtaranlara və başqalarına həsr etdiyi şerlər silsiləsi daha çox məşhurdur:
Dün kaşı kuzəmi daşlara çaxdım,
Sərxoşdum bilmədim əlimdən saldım
Kuzə dilə gəlib dedi ki, mən də
Sənin kimi idim,
Həyatı
Məhsəti Gəncəvi təqribən 1089-cu ildə Gəncə şəhərində doğulmuş və ömrünün sonuna qədər burada yaşamışdır. Onun əsl adı Mənicə idi, Məhsəti adını isə özünə ədəbi təxəllüs kimi götürmüşdü. Həmin təxəllüsün mənşəyi barədə bir neçə rəvayət vardır. Bunlardan birində deyilir ki, guya Sultan Səncərlə söhbətlərindən birində Mənicə öz mühitində hamıdan kiçik və görünməz olduğunu söyləyir. Sultan isə onunla razılaşmayıb deyir ki,"to, meh-həsti" (yəni, "sən hamıdan böyüksən"). Və guya "meh-həsti"-"məhsəti"yə çevrilib, onun təxəllüsü olur. Abbasqulu ağa Bakıxanovun "Gülistani-İrəm" əsərinin "Nəticə" adlanan hissəsində irəli sürülmüş fərziyyəyə görə, "Məhsəti" "mah" və "səti" olmaqla iki sözdən ibərətdir və "böyük xanım" anlamına gəlir. Nəhayət, başqa bir ehtimala əsasən, bu ad "Mah" və "səti" ("Ay xanım") sözlərindən düzəlib (Nizami Gəncəvinin Məhin Banusu (Xosrov və Şirin) da bunun analoqudur).
Məshəti yaxşı təhsil almış və əsərlərindən də göründüyü kimi, aşağıdakı şəhər və vilayətlərdə olmuşdur: Rum, Mərv, Bəlx, Nişapur, Herat, Gəncə, Xorasan, İraq, Zuzən, Arran və s. Bir müddət o, böyük Sultan Səncərin sarayında yaşamış, onun qəbullarında və burada keçirilən ədəbi məclislərdə iştirak etmişdir. Deyilənlərə görə, Sultan Səncərin diqqətini onun gözlənilmədən yağan qar haqqında bədahətən söylədiyi bir rübai çəkmişdir: "Göylər sənə gümüşü xalça göndərib ki, atının nalı bulanmasın." Sultan bu rübaini eşitdikdən sonra şairəni "Mə-histi" ("Ən böyük") adı ilə mükafatlandırmış və onu öz yaxın əhatəsinə qəbul etmişdi. Məhsəti ömrünün çox hissəsini Gəncədə keçirmiş, Sultan Məhəmmədin və onun oğlu Sultan Mahmudun saray həyatında yaxından iştirak etmişdi.
Böyük şairənin həyatı barədə məlumatlar əsasən əlyazma nüsxələri Azərbaycan Əlyazmalar institutunda, İstanbulda və Londonda saxlanan XIII əsrə aid edilən "Məhsəti və Əmir Əhməd" dastanından götürülür. Azərbaycan ədəbiyyatşünaslarının son tədqiqatları göstərir ki, "Dastan"ın müəllifi XIII əsrdə yaşamış Azərbaycan şairi və alimi Abdulla Cövhəri Zərgər Təbrizidir və buradakı qəhrəmanlar, o cümlədən şair Əmir Əhməd, Gəncə şahı (Sultan Məhəmməd) və II Gəncə şahı (Sultan Mahmud) real şəxsiyyətlərdir.
"Əmir Əhməd və Məhsəti" dastanı
Dastanın qısa məzmunu belədir: Bəlx şəhərində yaşayan bir ilahiyyat aliminin qızı olur. O, uşağın taleyinə baxdırmaq üçün münəccimlərə müraciət edir. Ulduzlar qızın böyük gələcəyindən, xalqın rəqbət və məhəbbətini qazanacağından xəbər verir. Həmçinin məlum olur ki, qızın taleyi xərabatla (içki içilən yer, meyxana) ilə bağlı olacaqdır. Atası qızı tərbiyə olunmaq üçün məktəbə verir. On səkkiz yaşına qədər burada oxuyan qız yaxşı təhsil görür. Bundan sonra atası qızını mütəxəssislərin yanına apararaq, ona 12 muğamı və bunların 24 şöbəsini öyrətmələrini xahiş edir. O, həmçinin xahiş edir ki, musiqiçilər qıza cəng, ud və bərbəd alətlərində çalmağı öyrətsinlər. Camaat heyrətlə ondan soruşur: "Bu necə olan şeydir? Sən əvvəl qızına yaxşı təhsil verir, ona Quranı öyrədirsən, sonra isə onu rəqqasəliyə hazırlayırsan? Yoxsa sən istəyirsən ki, qızın azğın və əxlaqsız olsun?" Ata cavab verir ki, əgər onun alnında xərabata düşmək varsa, qoy buna da hazır olsun. Atasının vəfatından sonra Məhsəti Gəncəyə köçür və Xərabat məhəlləsində yaşayır.
Dastandan da göründüyü kimi, artıq 20 yaşında Məhsəti öz savadı, gözəlliyi, məlahətli səsi və poetik istedadı ilə müsəlman dünyasının bir çox ölkələrində nüfuz və rəğbət qazanmışdı. Xərabatda Məhsətinin səsini dinləmək üçün uzaqdan-yaxından həm əyanlar, həm də tacirlər Gəncəyə gəlirdi. Dastanda Gəncə şahı adlandırılan şəhər hakimi də Məhsətinin səsinin vurğunu idi.
Onu tez-tez saraya dəvət edirdilər. Növbəti ziyafətlərin birində şah sabahkı görüşün şərtlərini söyləyir: gecikən cərimə olaraq üç buynuz şərab içməlidir. İş elə gətirir ki, Məhsəti gecikəsi olur. O, şərtə tabe olaraq, dalbadal iki iri buynuzu doldurub içir. Sonra üçüncü buynuzu doldurur, üzünü şaha tərəf tutub bədahətən şerlə ona müraciət edir ki, ey şah, mən öküz deyiləm və buynuz mənə yaraşmaz. Ancaq əgər mən hətta öküz olsaydım belə, iki buynuz bəsim idi. Bu şer şahın o qədər xoşuna gəlir ki, qiymətli daş-qaşla bəzədilmiş bu buynuzu şairəyə bağışlayır.
Uzun illərin intizarından sonra nəhayət, Gəncə xətibinin bir oğlu olur. Uşaqın adını Əmir Əhməd qoyurlar. Onu körpəliyindən tərbiyəçiyə verir, dörd yaşından isə məktəbə göndərirlər. Əmir Əhməd özünü olduqca bacarıqlı və istedadlı bir uşaq kimi göstərir və doğma şəhərindən bircə addım aralanmasa da, onun kamalının şöhrəti uzaqlara yayılır. Bir dəfə Əmir Əhməd yuxusunda görür ki,cənnətə düşüb və bir huri şərab dolu piyalə ilə onu qarşılayır. Əmir Əhməd şərabı nuş edir və həmin andan o hurinin gözəlliyi ilə məst olur. Səhər atası görür ki, Əmir Əhməd pərişandır. Onun qüssəsini dağıtmaqdan ötrü 400 atlı götürüb, Gəncəni gəzməsinə icazə verir. Əmir Əhməd məhəllələrin birindən keçəndə musiqi sədaları eşidir və öyrənir ki, bura Xərabatdır. Oradakı meyxanələrdən birində dörd mütəkkənin üstündə uzanmış bir qız görür. Bu, Məhsəti Gəncəvi idi. Əmir onun yuxuda gördüyü huri olduğunu kəsdirir. Gənclər bir-birinə aşiq olur və rübailərlə şerləşirlər.
M. Gəncəvinin büstü, Gəncə.
Həmin gecə yatmazdan əvvəl oğlunun Quran əvəzinə rübailər oxuduğunu görən Xətib bərk təəccüblənir. Xərabatdan qayıtmış oğlunun davranışı onu narahat edir. Xətib hətta onu həkimə də göstərir, sonra isə evləndirmək qərarına gəlir. Lakin heç nəyin xeyri yoxdur. Əmir Əhməd dediyindən dönmür və təkbaşına Xərabata, Məhsətinin yanına gedir. Məhsətinin anası onun kimin oğlu olduqunu biləndə xoşagəlməz hadisə baş verəcəyindən qorxub, onu evlərinə göndərməyi xahiş edir. Cavanlarsa onun sözlərinə məhəl qoymurlar. Xətib oğlunu geri qaytarmaq istəyir və hətta Gəncə şahına şikayət də edir, lakin oğlan ipə-sapa yatmır. Belə olduqda atası Əmir Əhmədin ardınca öz adamlarını göndərir. Onlar onu tutub, zindana atırlar. Üç gün – üç gecə atasının əxlaqa dair nəsihətlərini dinlədikdən sonra Əmir Əhməd onun dediklərinə razı olduğunu bildirir və azadlığa çıxır. Xətib sevindiyindən zəngin bir ziyafət düzəldir. Ziyafət başa çatandan və qonaqlar dağılışandan sonra isə Əmir Əhməd baş götürüb, yenə Xərabat tərəfə gedir.
Əmir Əhməd Məhsətini burada 40 incəbel qızın əhatəsində görür. Onlar ney, çəng, dəf çalır, oxuyur, rəqs edirdilər. Məhsəti musiqi dərsi keçirdi. Burada o, artıq qarşımızda başqa görkəmdədir-nəinki şer yazır, oxuyur, bir çox alətlərdə çalır, həmçinin musiqi və rəqs dərsləri də keçə bilir.
O dövrün musiqi sənəti və musiqi mühiti ilə tanışlıq üçün dastanda Gəncə şahının Məhsətinin şərəfinə verdiyi ziyafətin təsviri də maraqlıdır. Burada musiqi bir qayda olaraq, cənkdə, udda, bərbəddə, əbrişimdə, neydə və tənburda ifa olunur.
Daha sonra biz dastandan Məhsətinin Gəncədə ən güclü şahmat ustası olduğunu öyrənirik. Həmin qəbulda Gəncə şahı Məhsəti ilə şahmatda da gücünü sınayır. Başqa bir yerdə şahın Əmir Əhmədlə mərc gələrək, min dinardan şahmat oynaması göstərilir. Əmir Əhməd qələbə çalır və şah borcunu qızıl pulla ödəyir. Bir dəfə Məhsətini yenə saraya, Gəncə şahının hüzuruna çağırırlar. Nəyə görəsə qəzəblənmiş hökmdar əmr edir ki, Məhsətini öküz dərisinə bürüyüb, zindana atsınlar. Ancaq altı gündən sonra yerli əyanların xahişi ilə şairəni zindandan çıxarırlar və o, qəzəblə şahı ifşa edən şerlər söyləyir.
Başqa bir yerdə qış ovu zamanı şairənin Gəncə şahına qar haqqında bədahətən şer söylədiyi göstərilir. Bu şerin məzmunu haqda yuxarıda bəhs edilib. Şerin gözəlliyindən vəcdə gələn şah şairəyə at bağışlayır. Lakin müstəbid şah tələb edir ki, sevgililər ayrılsınlar və Məhsəti köçüb biryolluq sarayda yaşasın. Məhsəti Əmir Əhmədə təklif edir ki, Bəlx şəhərinə qaçsınlar. Əvvəlcə şairə özü oraya gedir. Onun gəlişi şərəfinə Bəlxin və bütün Xorasanın şairləri buraya yığışır. Şer yarışı başlanır. Məhsəti poetik tapmaca söyləyir. Heç kim onu aça bilmir. Yarışın bu yerində heç kimin tanımadığı bir şəxs peyda olur və tapmacanın cavabını gözəl bir şerlə söyləyir. Hamı anlayır ki, onların qarşısındakı şəxs Əmir Əhmədddir.
Dastanın sonunda bildirilir ki, sevgililər doğma Gəncəyə qayıdır, öz nigahlarını rəsmi şəkildə bağlayırlar və bu nigahdan onların iki övladı olur.
Atası öldükdən sonra Əmir Əhməd Gəncənin xətibi olur. Sonra o özü də rəhmətə gedir. Məhsəti Əmir Əhmədin ölümünə o qədər göz yaşı tökür ki, axırda gözləri tutulur. Şairə öz sevgilisindən sonra cəmisi iki il yaşaya bilir.
Dastanda onun Nizami Gəncəvinin yanında basdırıldığı göstərilir. Doğrudan da 1923-cü ildə Nizaminin məzarı Şah Abbas məscidində basdırılmaqdan ötrü çıxarılarkən onun yanında bir qadın cəsədi də tapılmışdır. Akademik Həmid Araslı bu iki dahi şəxsin yaşadıqı tarixləri uzlaşdırmaq qeyri-mümkün olsa belə, onların tanışlıqını istisna etmir. O, hətta Nizaminin bir şerini də misal gətirərək, bu misraların Məhsətiyə ithaf olunduğunu ehtimal edir:
Sənin sənətin musiqi çalmaqdırsa,
Mən zil və bəm səsləri dinləmək istəyirəm
Sürməli kipriklərini yana dartma
Bir ox at, gözləyirəm
Bilirsən ki, sənsiz yaşamağa qüdrətim çatmır,
Əgər həyatımı istəyirsənsə, al, sənə verirəm.
Görürəm, əbəs yerə uğura ümid bağlamışam,
Mən son nəfəsimlə səni çağırıram.
Nizami öz canını sənə bağışlayır-
Qəbul et, nəcə ki, mən iztirabları qabul edirəm.
Dastan olduqca əyləndirici bir dillə yazılmışdır. Onun dildən-dilə keçən hər bir hekayəti maraqlıdır. Ancaq burada deyilənlərin hamısı inandırıcı da deyil. Oxucu sanki nəyinsə axıracan deyilmədiyini hiss edir. Belə bir təəssürat da yaranır ki, müəllif bir sıra tərcümeyi-hal faktlarını bilərəkdən gizlədir, bunun əvəzində isə yalnız həmin dövrdə yaşayanların anlayacağı işarələrlə danışır.
Doğrudan da o zaman möhtərəm bir ilahiyyatçının nə vaxtsa Xarabata düşərsə, hazırlıqlı olması fikri ilə öz qızını musiqi və rəqs dərslərinə göndərməsi inandırıcı səslənmir. Eyni sözləri xətib oğlu Əmir Əhməd barədə də söyləmək olar. Yüksək ilahiyyat təhsili alan bu gənc Məhsətinin ardınca meyxanaları gəzir. Sultan Səncərin sarayında hörmət-izzət yiyəsi olan məşhur bir şairənin gənc yun əyiricilərinə, papaqçılara, çörəkçilərə, dərzilərə, qəssablara, zərgərlərə və digər saysız-hesabsız sənətkarlara elani-eşq etməsinə inanmaq isə daha çətindir. Suallar bir-birini əvəz edir.
Lakin əgər Məhsətinin hansısa sufi təriqətinin üzvü olduğunu və onun tərcümeyi-halının da məcazlar örtüyünə büründüyünü qəbul etsək, hər şey aydınlaşar və öz yerini alar. Məlumdur ki, sufilər ortodoksal müsəlman xadimlərinin təqiblərindən qorunmaq məqsədilə öz sözlərini çox zaman məcazi dillə söyləmişlər.
Sufilər belə hesab edirdilər ki, insan həyatının ali məqsədi Allaha məhəbbət olmalıdır. Allaha mistik məhəbbət vasitəsilə müəyyən vəziyyətdə-ekstazda (hal) ona qovuşmaq, sonra isə onda ərimək də mümkündür. Bu hala çatmaq isə yalnız mütəmadi məşğələlər keçmiş, sufi şerlərini ritmik musiqi altında dinləmiş ( bəzən rəqslərlə də müşaiyət olunan bu mərasimi "səma" adlandırırdılar) təriqət nümayəndəsinə nəsib ola bilərdi. Akademik Y. E. Bertelsin yazdığına görə, bu şerlər erotik səciyyəli dünyəvi məzmuna, habelə xüsusi terminologiya ilə qələmə alınan sırf sufi məzmuna malik ola bilərdi. Hər iki halda bu şerlər "ekstaz halına düşməyi asanlaşdıran stimul rolunu oynamalı idi". Sırf sufi şerlərində Allahın dərkinə göstərilən əhdlər məhəbbətlə eyniləşdirilir, allahın özü dost, yar adlandırılır. Sufi ya aşiqə, yaxud rində (əyyaşa) bənzədilir. Həmin terminologiyaya görə, sufinin ekstaz vəziyyəti meylə sərməst olmaq, təriqət nümayəndələrinin cəmləşdikləri yersə xarabət, meyxanə adlandırılır. Sufilərin əksəriyyəti məscid əvəzinə öz toplantılarına gedir, hədislər oxumağı xərabatda şerlər dinləmək, şərqilər söyləmək və rəqs etməklə əvəzləyirlər. Londonda sufi Nemətullahilər cərəyanının əsasını qoymuş doktor Cavad Nurbəxş "xərabat" sözünü "Town of Ruins" şəklində tərcümə edərək, bu anlayış altında sufilərin toplandıqları yeri nəzərdə tutur. O, yazır ki, bütün bu təmizlənmə mərhələlərini keçən sufi Kamil İnsana çevrilir və həqiqətin astanasına çatır: "Həqiqət məqamına bu səyahəti "Ruhaniyyat Universiteti"ndə, Xərabatda təhsil almaqla eyniləşdirmək olar. Bu həqiqi "ali təhsil mərkəzi"ndə professorlar yoxdur və yeganə müəllim Mütləq Müqəddəs və Kamil Eşqdir. Burada yeganə ustad da Eşqdir, dərslikləri də Eşq əvəz edir, Kamil İnsanın özü də Eşqdir." Bunları bildikdən sonra anlaşılır ki, ruhani ata öz qızı Məhsətini necə bu xərabata göndərmişdir. Bunlardan xəbərdar olmayan oxucu misal üçün, sufi şairəsi Rəbiinin (vəf. 801) ehtiraslı eşqi və şərab məclisini tərənnüm eləyən şerində Allaha müraciəti necə anlaya bilərdi?
Mən öz qəlbimdə səni həmsöhbət etmişəm, Cismimi isə istəyənlərə bəxş etmişəm. Cismim onun ixtiyarındadır Qəlbim isə Ürək həmdəmimin.
Yaxud da Əbu-Səid adlı şairin misralarını götürək:
İlahi! O gözəl dosta yetmək üçün mənə yol aç,
Rəvac ver ki, iniltilərim ona çatsın.
Qoy hicran günlərində əğyarla olan rəfiqim
Yenidən mənə gəlsin, mən də ona qovuşum.
Xərabatın sənətkar məhəlləsi kimi təsvir olunmasına və Məhsətinin öz şerlərində Yara-Allaha deyil, müxtəlif sənət sahibi olan (dərzi, zərgər, papaqçı və s.) gənc sənətkarlara eşq elan etməsinə gəlincə, bu faktlar şairənin hansısa sənətkarlar məktəbinə mənsubluğundan və mümkündür ki, orada qəbul edilmiş məxsusi simvolikadan xəbər verir.
Belə məktəblərdən biri Nizaminin də daxil olduqu türk Əxilər təşkilatı idi ki, sufilərə yaxınlığı ilə məşhurdur. Ərəb səyyahı İbn Bətutə əxilər barədə yazır: "Onlar bütün türkmən və Rum vilayətlərində, hər kənddə, hər şəhərdə yaşayırdılar. Və dünyada qəriblərə onlar qədər can yandıran, acları doyurmaq üçün onlar qədər çalışan, ehtiyac çəkənlərin dərdinə onlar qədər qalan, zalımların əllərini kəsən, hərbi rəhbərlər arasında zülmə yol verənləri öldürən adamlar tapmaq mümkün deyil. Gənclər, subaylar və tənha adamlar arasından öz adamlarını seçən şəxslərə əxilər deyirlər."
Əgər erkən sufizm əsas etibarilə binəsiblərin rəğbətini qazanmışdısa, feodal ziyalıları da bu təriqətin azad düşüncə təlqin edən fəlsəfəsi cəlb edirdi."Dastan"da həmin proses Məhsəti və Əmir Əhmədin xərabata gəlişi ilə ifadə edilir. Maraqlıdır ki, Əmir Əhmədin də xərabata gəlişi Məhsətininki kimi fövqəltəbii qüvvələr tərəfindən müəyyənləşdirilir. Onların birinə bu tale münəccim vasitəsilə bildirilirsə, o birinə yuxuda ikən mələklər tərəfindən buta (Dəhnamədə Şah İsmayılın prototipi olan obraza-aşiqə yuxuda buta verilməsi kimi) verilir. Digər bir epizodda onun xərabata gəlişi məhz taleyin hökmündən başqa bir şey olmadığını göstərir. Atası ilə mübahisə edən Əmir Əhməd onunla şərt kəsir ki, onu əli-qolu bağlı heç vaxt xərabat yolunu getməmiş, həmişə onu mədrəsə və məscidə aparmış dəvəyə mindirsinlər. Əgər dəvə məscidə tərəf getsə, Əmir Əhməd xərabatdan üz çevirəcək, yox, xərabata tərəf üz tutsa, dəvəni satacaq və bu pula xərabatda məclis quracaqdır. Dəvə xərabata tərəf yönəlir. Əmir Əhməd dəvəni satdığı qızıl pullara sufi məclisi qurur. Həmin epizodda sufilərin dindarlarla apardıqları əbədi mübahisə öz əksini tapır-əsl müsəlman hara üz tutmalıdır – məscidə, yoxsa xərabata (sufi məclisinə)?
Füzuli yazırdı: "Məscidə gedib, namaz əhlinin xəlqə etdiyi moizələrə qulaq asmaq istəmirəm. Yaxşısı budur ki, xərabata, meyxanaya gedim, orada saqini tapa bilərəm." Yaxud:
Zahid, meyi-nabdəndir ikrah qələt!
sən xah səhih tut, xah qələt.
Məscidlərə girdiğim degil rəğbətdən
Sərməstligimdən eylərəm rah qələt.
Digər Azərbaycan şairi, sufi fəlsəfəsi ilə məşğul olan Həbibi xərabatı özünün dostu, könül bağçasının çiçəyi, ruhu adlandırır, Xarabatdan xahiş edir ki, "bir qədəh şərabla onu sərməst etsin", "vüsala qovuşdursun". Xərabatın adi bir mey evi, sənətkar məhəlləsi deyil, sufilər məclisi olması Dastanın başqa bir epizodu ilə də təsdiq edilir. Əmir Əhmədi xərabatdan qaytarmaqdan ötrü onun əsilzadə əmisi Pir Osman gəlir. Əmir Əhməd şərt qoyur ki, əgər əmisi bir cam şərab içərsə, o, xərabatı tərk edəcək. Məcbur qalıb bir camı içən Pir Osman artıq özünü saxlaya bilmir, ikinci,üçüncünü də içir və xərabatı məst halda tərk edir. Bundan sonra onu tanımaq mümkün deyil. O, xərabatın daimi sakininə çevrilir. Şübhə yoxdur ki, burada Pir Osmanın sufi görüşləri təsvir edilir, bu, məstlik məhz mənəvi mahiyyət daşıdığından, dastanda sərməst olmaq deyildikdə ruhi ekstaz nəzərdə tutulur. Ömər Xəyyamı xatırlayaq:
Mənə elə gəlirdi ki, namaz və orucda
Bütün günahlardan xilas olmaq yolunu tapmışam.
Lakin təsadüfən vüzu etməyi unutdum
Bir qətrə şərab içdim və orucum batil oldu.
Məhsəti Gəncəvinin xalq şeri tərzinə yaxın formalı rübailəri və öz fəlsəfi mahiyyəti etibarilə dərin məzmunlu şerləri Azərbaycan və ümumən Şərq poeziyası tarixində mühüm rol oynamışdır. Bir çox tədqiqatçılar Məhsətinin rübailərini Ömər Xəyyam məktəbinə aid edirlər. Buna baxmayaraq, çağdaş ədəbiyyatşünasların əksəriyyətinin fikrincə, şairə əsası [Qətran Təbrizi]] və İzəddin Şirvani tərəfindən qoyulmuş Azərbaycan şer məktəbinin ənənələrindən bəhrələnmişdir.
MUĞAM
Muğam
Mehriban Əliyeva: "Azərbaycan muğamı dünya musiqi xəzinəsinin incisidir"
Muğam Azərbaycanın milli sərvəti kimi dünya musiqi xəzinəsinin incisidir. Bu barədə çərşənbə günü Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Fondun yeni layihələrinin təqdimatında bildirib.
Heydər Əliyev Fondu muğamın qorunması və təbliği məqsədilə bu gün iki layihəni - "Azərbaycan Muğamı" multimedia toplusunu və "Muğam Aləmi" nəşrini təqdim edib.
Dərs vəsaiti kimi təqdim olunan "Azərbaycan Muğamı" multimedia toplusuna muğamın növləri, janrların mənşəyi, musiqi məzmunu və kompozisiya xüsusiyyətləri barədə məlumatlar daxildir. Səkkiz diskdən ibarət multimedia toplusu Azərbaycan və ingilis dillərində hazırlanıb.
"Azərbaycan muğamı barədə ilk multimedia dərs vəsaiti unikal layihədir, - Mehriban Əliyeva qeyd edib. - Bu topluda Azərbaycan muğamının tarixi, onun Azərbaycan incəsənətində rolu və yeri, Azərbaycanın xalq çalğı alətləri, görkəmli şəxsiyyətləri barədə məlumatlar əks olunub"
Heç bir dərs vəsaiti muğam ustadları ilə canlı ünsiyyəti əvəz edə bilməz. Muğam bütün dövrlərdə yaşayıb və səslənib. Siyasi, ictimai və iqtisadi durumdan asılı olmayaraq mədəniyyətmizdə öz yerini qoruyub saxlayıb. Muğam sirlərinin nəsillərdən-nəsillərə ötürülməsində muğam ustadlarımızın rolu çox böyükdür", - Heydər Əliyev Fondunun prezidenti vurğulayıb.
Mehriban Əliyevanın sözlərinə görə, Fond tərəfindən təqdim olunan ikinci layihə 2009-cu ilin mart ayında keçirilən Beynəlxalq Muğam Festivalına həsr olunub. 33 DVD diskin cəm olduğu topluda Azərbaycan muğam operaları, simfonik muğamlar, klassik Azərbaycan muğamları, tanınmış xarici musiqiçilərin çıxışları toplanıb.
Bakıda Beynəlxalq Muğam Festivalının keçirilməsi bütün dünyaya muğamın Azərbaycanın milli sərvəti, həmçinin dünya musiqi xəzinəsinin incisi olmasını bir daha sübut etdi.
"Festival bir daha sübut etdi ki, muğam sərhəd tanımır və artıq muğamsevərlərin bir görüş yeri var və bu məkan Bakıdır", - Mehriban Əliyeva deyib.
Heydər Əliyev Fondu 2005-ci ildən davamlı olaraq "Azərbaycan muğamları" layihəsini həyata keçirir. 24 virtuoz muğam ustadının ifaları toplanmış "Qarabağ xanəndələri" musiqi albomu böyük maraqla qarşılanan ilk və uğrulu layihədir. Fond tərəfindən 2008-ci ildə hazırlanmış "Muğam ensiklopediyası" qədim musiqi irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilir.
Fondun dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin inşası, 2005-2007-ci illərdə respublika muğam müsabiqələrinin, 2009-cu ildə dünyanın 11 ölkəsinin iştirak etdiyi Beynəlxalq Muğam Festivalının keçirilməsi qədim ifaçılıq ənənələrini inkişaf etdirəcək gənc istedadlı ifaçıları üzrə çıxarmaq və muğam sənətini dünyaya təbliğ etmək məqsədi daşıyır.
Muğam — Şərq ölkələrinin klassik xalq yaradıcılığı musiqisinin əsas janrıdır. Muğam sözü iran-ərəb-türk dilində işlənilən "məqam" sözündən yaranmışdır. "Məqam" sözü simli alətlərdəki pərdə mənasına gəlir. Hər muğamın da əsas (mayə) notu alətin bir pərdəsində olduğu üçün bu ad verilmişdir. Təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olmuş, lakin sonralar baş verən ictimai-siyasi dəyişikliklər səbəbindən bu vahid musiqi janrı xalqlara uyğun parçalanmışdır. Klassik şərq muğamı 12 əsas muğam və 6 avazatdan ibarət olmuşdur. Əsas muğamlar: Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfahan, Zirəfkənd, Büzürk, Zəngülə, Rəhavi, Hüseyni və Hicaz, avazatlar isə Şahnaz, Mayə, Səlmək, Novruz, Kərdaniyə, Güvaştdan ibarət idi.
Azərbaycanda muğam
Yaxın və Orta Şərq xalqlarının əsrlər boyu qohumlaşmış mənəvi və maddi sərvətləri vardır. Şərq xalqlarının musiqi mədəniyyətində ümumi cəhətlər daha bariz şəkildə özünü göstərir. Çünki bu mədəniyyət böyük bir region əhalisinin müxtəlif formalı və çalarlı əlaqə prosesi əsasında təşəkkül tapmışdır. Məhz bu səbəbdən də onlara bir çox mühüm ümumşərq xüsusiyyətləri xasdır.
Zaqafqaziya, o cümlədən Azərbaycan qədim dövrlərdən Yaxın və Orta Şərq ölkələrini birləşdirən regiona daxildir. Söz yox ki, bu region ölkələri arasında daimi əlaqələri məhz onların mədəniyyət və məişətində bir çox müştərək cəhətlər əmələ gətirməsinə baxmayaraq, hər xalqın mədəniyyətində özünəməxsus xüsusiyyətlər qorunub saxlanmışdır. Bu mənada qədim ənələrə malik Azərbaycan xalqının mədəniyyət və incəsənəti olduqca səciyyəvidir.Azərbaycan xalqının qədim irsi olan muğam çoxdan geniş kütlələrin ümumi malına çevrilmişdir. Lakin çoxəsrli muğam sənətinə aid bədii problemlər o cümlədən, muğamın tarixi inkişafı və təkamülü, onun kompozisiya – quruluş, xüsusiyyətləri, milli özünəməxsusluğu kimi məsələlər bu günədək lazımi səviyyədə araşdırılmamışdır. Musiqi irsimizdə geniş inkişaf etmiş sənəti hazırda milli musiqili – poetik incəsənətin əsas sahəsi kimi üç növdə təşəkkül tapmışdır:
Muğam dəstgahları;
Kiçik həcmli muğamlar;
Zərbi muğamlar.
Azərbaycanda 7 əsas, 3 köməkçi muğam var. Əsas muğamlar "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-Şiraz", "Şüştər" və "Humayun", köməkçi muğamlar isə "Şahnaz", "Sarənc" və "2-ci növ Çahargah"dır.
Klassik şərq muğamını yaradanlar və muğam barədə əsas nəzəri fikirlər Əbu Nəsr Farabi, Əbu Əli ibn Sina, Əlkindi, Əbdülqadir Marağayi, Səfiyyəddin Urməvi və başqaları olmuşlar. Azərbaycan bəstəkarı, Azərbaycan professional musiqisinin görkəmli nümayəndəsi Üzeyir Hacıbəyov XX əsrdə Şərq musiqisi və muğam nəzəriyyəsinə dair əsas fikir sahiblərindən biri kimi tanınır.2003-cü ildə UNESCO Azərbaycan muğamını "bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri" siyahısına daxil etdi və bununla da muğamın bədii təkrarolunmazlığını və dünya mədəniyyəti üçün dəyərini təsdiq etdi.
BUTA
Buta
Buta (butə, puta) – qönçə; badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri.
Ümumi məlumat
Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə edilmişdir. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də (Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi sənətində geniş yayılmışdır.
Butalar forma etibarı ilə 4 qrupa bölünür:
1.Xalça bəzəyində işlədilən butalar ("Muğan-buta", "Salyan-buta", "Xilə-buta", "Bakı-buta", "Sarabi-buta", "Gəncə-buta", "Şirvan-buta");
2.Ailə həyatını təmsil edən butalar ("bala-buta", "həmli-buta", "balalı-buta", "evli-buta", "qoşaarvadlı-buta" və s.);
3.Rəmzi mahiyyət daşıyan butalar ("cıqqa-buta", "lələk-buta", "küsülü-buta", "qovuşan-buta", "yazılı-buta" və s.);
4.Bu qrupa müxtəlif formalı butalar daxildir: "saya-buta", "əyri-buta", "dilikli-buta", "qıvrım-buta", "şabalıd-buta", "zərxara-buta", "badamı-buta", "qotazlı-buta", "çiçəkli-buta", "yanar-buta" və s. Rəmzi məna daşıyan butalar zaman keçdikcə tədricən müxtəlif məzmunlu və formalı motivlərlə zənginləşmişdir.
Azərbaycan dilinin izahlı lüğətində (Bakı, 1966 səh. 331) buta sözünün aşağıdakı mənaları verilmişdir:
I.Buta –1.Qonçə, 2.Parçaların üzərində badamabənzər xırda naxış, xırda gril şəkli.
II.Buta – (fars – butə) içində qızıl, gümüş əritmək üçün odadavamlı materialdan (gildən) hazırlanmış qab.
Buta folklorda
Buta sadəcə təsviri incəsənətimizin yoxda, eyni zamanda folklorumuzun, şifahi xalq ədəbiyyatımızın əhəmiyyətli ünsürlərindəndir. Tədqiqatçı Məhsəti İsmayıl özünün "Naxçıvan əfsanələri" (Bakı: Еlm, 2008) adlı kitabında butanın folklorumuzdakı yeri haqqında maraqlı müddəalara yer vermişdir:
"Fоlklоrda buta ulu əcdadlarımızın kоsmоqоnik düşüncəsinin daşıyıcısı missiyasını yеrinə yеtirir. Qədim insanların düşüncəsində su, bitki, dağ və digər varlıqlar müqəddəs hеsab еdilmiş, həyatın ilkin başlanğıcı sayılmışdır. Bu baxımdan buta nəslin davamı, artımın simvоludur. Buta Azərbaycan dastanlarında aşiq və məşuq arasında xəyali kоntakt rоlunu оynayır. О, məhəbbət dastanlarında görünməmiş bir еşqin, üstün, ilahi bir məhəbbətin nümunəsi оlaraq sеçilmiş qəhrəmana-aşiqə aşıqlıq, şairlik istеdadı da bəxş еdir. Dastanlarımızda, nağıllarda aşiqə "buta vеrilməsi" ixtiyar qоca-Xızır tərəfindən еşq şərbətinin içirdilməsi ilə başlayır. Bir-birini hеç vaxt görməyən iki gənc ayrı-ayrılıqda, yuxuda, xəyali vəziyyətdə оnlara vеrilən şərbətdən qız оğlanın, оğlan isə qızın bir anlıq görüntüsü ilə qеyri-adi sеvgiyə, məhəbbətə düşür. Ümumiyyətlə, fоlklоr nümunələrinin araşdırılması göstərir ki, hər kəsə buta vеrilmir. Buta vеrmə yalnız sеçilmişlərə xasdır. Bu sеçilmişlər buta vasitəsilə hеç kəsə aid оlmayan bir nеçə fərqli xüsusiyyəti də özü üçün qazanmış оlur. Aşiqin uzun məşəqqətli sınaqlardan kеçməsi sоn оlaraq sеvgililərin ilahi vüsalı ilə başa çatır. Buta dünyada mövcud оlan qanunauyğunluqların fərqli bir fоrmada və daha üstün icrası üçün vasitədir. Məhəbbət dastanlarında dərviş, ixtiyar qоca, pir və s. mifik оbrazların qızı оğlana ani оlaraq göstərməsi, bəzən isə еşq şərbətini içirtməsi hadisəsinə "buta aldı", "buta vеrildi" dеyilir.
Azərbaycan fоlklоr nümunələrinin bir çоxunda həmçinin buta adı çəkilmədən, yuxugörmələrlə bağlı bir nеçə süjеt xətti vardır. Yuxunun ardınca gеtmə, yuxuda sеvgilisini görmə, yuxuda başına gələcəkləri görmə və s. hadisələr də, fikrimizcə, "buta vеrmə" ilə paralеl şəkildə izah еtmək lazımdır. Məhəbbət dastanlarında aşiqə buta vеrilməsi, yaxud оna dоlu qabdan еşq şərbəti içirdilməsi, nağıllarda qəhrəmanın yuxusunun ardınca gеdib xöşbəxtliyə qоvuşması ilə bağlı hadisələr mücərrəd buta anlayışında birləşir. Dеmək, buta vеrilməsi ümumi və mücərrəddir. Məhz bu mücərrədlik butanı milli özəlliklərin daşıyıcısına çеvirmişdir. Buta vеrilməsi, buta alınması yuxuda baş vеrdiyindən yuxu və buta bir vəhdət təşkil еdir. Kamil Vəliyеv türklərin yuxuya böyük əhəmiyyət vеrdiyini, yuxunu və yuxuyоzmanı insan təsəvvürünün mənəvi aləminin dərinliklərində gеdən gizli dünyanın bəlirtisi və insanın ilk mifi adlandırmışdır.
Azərbaycan məhəbbət dastanlarının strukturu, təməli də buta üzərində qurulur. Bu əsas üzərində cərəyan еdən hadisələrin mürəkkəb inkişafı və məqsədi sоnda aydınlaşır. Butadan başlanan aşiqliyin yоlu məşəqqət və əzablardan kеçir. Butanın alınması, yaxud buta vеrilməsi zahirən sadə, adi görünür. "Aşıq Qərib" dastanında dеyilir: " Rəsul yatmışdı, yuxuda gördü ki, Tiflis şəhərində bеhişt misalı bir bağdadı, bunun başının üstündə cеyran misalı gözəl bir qız... Bu qızın yanında bir dərviş, dərviş qızın əlini Rəsula uzadıb: - Rəsul, bu qız Tiflisli Xacə Sənanın qızı Şahsənəmdir, bunu sənə buta vеrirəm, çоx çəkməz biri-birinizə çatarsız, dеyib çəkildi.
"Qurbani" dastanında dеyilir: " Qurbaninin göz еvi örtülü, könül еvi açıq idi. Оnun yuxusuna Gəncə şəhərində Ziyad xanın qızı Pəri xanım girdi. Pəri xanımın əlini Qurbaninin əlinə vеrib оnları bir-birinə buta еlədilər.
"Abbas və Gülgəz" dastanında isə dеyilir: "Abbası yuxudan ayılda bilməyəndə kimi dеyir huşun itirib, kimi dеyir ölüb. Bir qarı nəbzin tutub dеdi: - Hеç nə оlmayıb, о, еşq yuxusuna gеdib. Bu saat Təbrizli Batman Qılınc Məhəmməd bəyin bacısı Pəri xanımı оna buta vеrillər".
"Qul Mahmud" dastanına görə isə Mahmud qardaşı Qəmbərlə Еynəl Yaqut pirində yatanda gеcə Еynəl Yaqut Mahmuda bir qab şərab vеrdi. Mahmud içənnən sоnra qabın dibində qalanı vеrdi Qəmbərə bununla da hər ikisi şair оldu, Mahmud isə Misir şəhərində Cəfər paşanın qızı Nigar xanıma buta vеrildi.
Məhəbbət dastanlarının əsas kоmpоzisiyasını təşkil еdən buta dastan yaradıcılığında əhəmiyyətli rоl оynayır. Göründüyü kimi, məhəbbət dastanlarında buta və yuxu bir-birini tamamlayan əsas еlеmеntlərdir. Еşq yanğısı vеrən içki, badə də butanın əsas еlеmеntlərindən biridir. Məhəbbət dastanlarına görə buta almış aşiq igidliyi və dürüstlüyü ilə də sеçilir. Qurbani dastanında dеyilir:
Kiçiklərdən xəta, böyükdən əta,
Mərd iyid оdu ki, dеdiyin tuta,
Şahlar şahı mənə vеribdi buta,
Mətləbimdi, Pəri üçün gəlmişəm".
Zərifə Əliyeva
Zərifə Əliyeva
1957-ci ilə qədər Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1960-cı ildən 1967-ci ilə qədər böyük elmi işçi, 1967-ci ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışmışdır.
İllər boyu apardığı müşahidələrin, klinik tədqiqatların və təcrübələrin nəticələri Zərifə xanımın düynada ən məşhur oftalmologiya mərkəzlərinin birində H.Helmqolts adına Moskva Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda müdafiə etdiyi «Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti» adlı doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru dərəcəsi verilmişdir.
Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Zərifə xanım Əliyeva yüksək ixtisaslı səhiyyə kadrların hazırlanmasına böyük əmək sərf etmişdir. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafıə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmologiyi" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.
1981-cı ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layıq görülmüşdür. Geyd olunmalıdır ki, professor Z.Ə.Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.
Elmi tədqiqatların yüksək səviyyəsi, onların sosial əhəmiyyəti, ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi-tədqiqat işlərində böyük xidmətlərini qiymətləndirərək, 1983-cü ildə Zərifə xanım Əliyevanı Azərbaycan SSR EA-nın akademiki seçdilər. Zərifə xanım Əliyeva göstərdiyi xidmətlərinə görə orden və medallarla təltif olunmuşdu. Azərbaycanın əməkdar elm xadimi kimi yüksək ada layiq görülmüşdür.
1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur.
İllər boyu apardığı müşahidələrin, klinik tədqiqatların və təcrübələrin nəticələri Zərifə xanımın düynada ən məşhur oftalmologiya mərkəzlərinin birində H.Helmqolts adına Moskva Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda müdafiə etdiyi «Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti» adlı doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru dərəcəsi verilmişdir.
Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Zərifə xanım Əliyeva yüksək ixtisaslı səhiyyə kadrların hazırlanmasına böyük əmək sərf etmişdir. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafıə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmologiyi" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.
1981-cı ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layıq görülmüşdür. Geyd olunmalıdır ki, professor Z.Ə.Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.
Elmi tədqiqatların yüksək səviyyəsi, onların sosial əhəmiyyəti, ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi-tədqiqat işlərində böyük xidmətlərini qiymətləndirərək, 1983-cü ildə Zərifə xanım Əliyevanı Azərbaycan SSR EA-nın akademiki seçdilər. Zərifə xanım Əliyeva göstərdiyi xidmətlərinə görə orden və medallarla təltif olunmuşdu. Azərbaycanın əməkdar elm xadimi kimi yüksək ada layiq görülmüşdür.
1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur.
Tibbi fəaliyyəti
Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.
Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.
Zərifə xanım Əliyevanın 80 illiyinə həsr edilmiş poçt markası
Fəaliyyətinin qiymətləndirilməsi
Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafıə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.
Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür (1981).
1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur.
Xatirəsi
Fəxri xiyabanda məzarı üstündə tuncdan heykəli ucaldılmışdır. Bakıda Göz xəstəlikləri İnstitutu, Naxçıvan şəhər poliklinikası onun adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınmışdır. Bakı və Naxçıvanda küçə Zərifə Əliyevanın adını daşıyır.
Azərbaycanın görkəmli dövlət xadimi Əziz Əliyevin qızıdır.
Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyevin həyat yoldaşıdır.
Azərbaycan Respublikasının dördüncü Prezidenti İlham Əliyevin anasıdır.
Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafıə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.
Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür (1981).
1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur.
Xatirəsi
Fəxri xiyabanda məzarı üstündə tuncdan heykəli ucaldılmışdır. Bakıda Göz xəstəlikləri İnstitutu, Naxçıvan şəhər poliklinikası onun adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınmışdır. Bakı və Naxçıvanda küçə Zərifə Əliyevanın adını daşıyır.
Azərbaycanın görkəmli dövlət xadimi Əziz Əliyevin qızıdır.
Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyevin həyat yoldaşıdır.
Azərbaycan Respublikasının dördüncü Prezidenti İlham Əliyevin anasıdır.
Hacı Zeynalabdin Tağıyev
HACI ZEYNALABDİN TAĞIYEV
Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda başmaqçı ailəsində doğulmuşdur. On yaşına çatanda atası onu bənna yanında palçıq daşımağa işə düzəldir. 12 yaşına çatanda o, artıq daş yonurdu. 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Sonra isə Hacı neft işi ilə məşqul olmağa başlayır. O, işə başlarkən bunun nə dərəcədə risqli olduğunu da bilirdi. Çünki bəzən quyu neft vermir, qoyulan kapitallar batırdı. Nəhayət, Hacının neft quyusu gözlənilmədən fontan vurur. Başmaqçı Tağının oğlu palçıqçı Zeynalabdin milyonçu Tağıyevə çevrilir. Tağıyev həm neftxuda, dəyirman sahibi, fabrikant, böyük balıq sənayeçisi (bütün Kür ətrafı və Xəzər qırağı vətəgələr onun ixtiyarında idi), həm də ticarət və yük gəmilərinin sahibi idi. Hacı Bakı şəhərində əvəzolunmaz arxitekturalara və dizayna malik binalar inşa etdirmişdir. O, indiki Azərbaycan Tarixi Muzeyinin, Elmlər Akademiyasının Rəyasət Heyətinin, Şirniyyat Fabrikinin, Toxuculuq Fabrikinin binalarını tikdirmiş, Bakıya şollar suyunu gətirmişdir.
Hacı Zeynalabdin Tağıyev Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınırdı. O, azərbaycanlı gənclərin xaricdə təhsil alması üçün xeyli kapital xərcləmişdir. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvəllərindən başlamışdır. Həmin dövrdə Ölkənin hər yerində xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yaranırdı. Bu cür cəmiyyətlərin yaradılması, qazet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlı idi. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməkliyi ilə yaranırdı. İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış «Müsəlman xeyriyyə cəmiyyəti» idi. Bundan başqa «Nəşr və maarif», «Nicat» cəmiyyətlərinin yaranmasında da Hacının yaxından köməyi olmuşdur. Lakin Sovet hakimiyyəti yarandıqdan sonra hökumətin ona qarşı qeyri obyektiv mövqeyi nəticəsində Hacının mülkləri əlindən alınır. Nəriman Nərimanovun təkidləri ilə ona müəyyən cüzi güzəştlər edilir. Tağıyev 1924-cü il sentyabırın 1-də, axşam səkkizin yarısında Sovet hökümətinin ona ömrünün axırınadək təhkim etdiyi Mərdəkandakı bağında vəfat etmiş və sentyabırın 4-də dəfn olunmuşdur.
Həyat
Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olmuşdur.[ Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə düzəldir. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır.
Müəyyən qədər vəsait toplayaraq Tağıyev artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edir. Özünün sonradan tikinti işlərinə də şəxsən nəzarət edirdi. Tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və şəxsən açdırdığı qızlar gimnaziyasının binasında (indi burada Tarix Muzeyi və AMEA Əlyazmalar İnstitutuyerləşir) onun dəsti-xətti hiss edilir. Sonradan o özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və mаnufakturaya sahib olur. 1870-ci ildə onun artıq iki qazanxanadan ibarət кеrosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o sonradan möhtəşəm olacaq "Г. З. А. Тагиев" şirkəti yaradır.
Bütün müsəlman aləmində tanınmış milyonçu – neftxudanı Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçmişdilər. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb, onlarda neft buruqları ucaldılırdı. Bu Hacını da maraqlandırır və podratçılığı buraxaraq, neft işinə qurşanır. Bu işə başlarkən onun riskli olduğunu da bilirdi. Adamlar vardı ki, ətək-ətək pul töküb quyu qazdırır, lakin quyu neft vermirdi.
1873-cü ildə iki nəfərlə şərik olub Bibiheybətdə icarəyə yer götürür. Avadanlıq alır, usta və əmələlər tutur, buruq qurdurub quyu qazdırmağa başlayır. Günbəgün xərc artır, neft isə görünmür. Şəriklər ümüdlərini itirir – öz paylarını satmağa müştəri axtarırlar, axırda Hacı özü onların pulunu verib buruğa və yerə yiyələnir. İş daha da ağır gedir. Nəhayət, quyu gözlənilmədən fontan vurur. Başmaqçı Tağının oğlu palçıqçı Zeynalabdin dönür olur milyonçu Tağıyev. Üç ilə şəhərin mərkəzində (1895-1897-ci illər) böyük bir saray tikdirir. Bu kaşanənin hər dörd fasadı və damdakı nəhəng qübbələr diqqəti uzaqdan cəlb edir. Bir üzü Bariyatinski, digəri Starıy politseyski, üçüncüsü Merkuri, dördüncüsü isə Qarçakov küçələrinə baxır; hər cəhətdən, həm xarici arxitekturasına, həm də daxili bər-bəzəyinə görə şəhərin ən yaraşıqlı binalarından biridir. Layihənin müəllifi Qoslavski əsasən Avropa order memarlıq üslubundan istifadə edib, fərdi kompozisiya yaradıb (Azərbaycan tarixi muzeyi). Binanın hər dörd tinində və baş girəcəyinin qabağında nəhəng qaz fanarı yanırdı, gecələr bu aralar işığa qərq olar, yerə iynə düşsəydi tapılardı.
Tağıyev həm neftxuda, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi (bütün Kür ətrafı və Xəzər qırağı vətəgələr onun ixtiyarında idi), həm də ticarət və yük gəmilərinin sahibi idi. Quba tərəfdə Atlıxanda, Yevlax ətrafında böyük meşələri vardı. Ənzəli və Rəşt ərazisində də Hacının meşələri, böyük malikanəsi, binaları və nümayəndəliyi, başqa şəhərlərdə, o cümlədən Moskvada 4 mərtəbəli iri sarayı, İranda karvansaraları vardı.
İmperator II Nikolayın qardaşı böyük knyaz Mixail Aleksandroviç polyak qızına evlənib, taxt-tacından əl götürəndən sonra Tağıyevdən xahiş edir ki, Yevlax ətrafı meşələrdə ov edib dincəlməyə ona icazə versin. O, Hacıya cəvahiratla bəzədilmiş bir qızıl çarka (peymanə) bəxşiş göndərmişdi. Xəzərin Azərbaycan sahillərindən tutmuş Dağıstanın sahillərinə, Dərbənd, Port-Petrovsk (indiki Mahaçqala) daxil olmaqla uzunluğu 300 kilometr olan torpaq sahəsi alıb vətəgə salmışdı. Kür qırağındakı vətəgələri dövlətdən icarəyə götürmüşdü.
Hacı Zeynalabdin Tağıyevin evi
Hacı Zeynalabdin Tağıyevin iş otağı
O zamanlar dustaqları Nargin adasında saxlayırdılar. Camaat ora gedib-gələndə yaman əziyyət çəkirdi. Axırda Hacı Zeynalabdinə müraciət edirlər ki, bu işdə bizə kömək elə, dərdimizə çarə qıl. O da, o zaman şəhərin ucqar yeri hesab edilən Quba (Füzuli) meydanı ilə Kömürçü meydanı arasında tikdirdiyi beşmərtəbəli dəyirmanı (indiki şirniyyat fabrikini) düstaqxana üçün verir. Bu barədə digər bir rəvayət də var. Bakıya yüksək rütbəli təzə məmur təyin edilir. Hacı onun görüşünə gedir və deyir ki, sizə nə kömək lazımsa, utanmayın, söyləyin, mən padşahlıqdan heç nə müzayiqə edən deyiləm. Yüksək rütbəli şəxs izah edir ki, "düstaqları Nargin adasında saxlayırıq, işçilər gedib-qayıtmağa çox vaxt sərf edirlər. Həm də əziyyət çəkirlər; mümkünsə bu işdə bizə kömək edin". Hacı Zeynalabdin tikilib qurtarmış dəyirman binasını düstaqxana üçün hökümətə verir. Xaricdən gətirdiyi dəyirman avadanlığını toxuculuq fabriki yerləşən əraziyə daşıtdırıb, orda dəyirman tikdirir. Özü və ailəsi yaşamaq üçün fabrikin yaxınlığında xüsusi mülk tikdirmişdi və vaxtaşırı orda qalırdılar.
"Mazut" şirkətinin yaranması ilə əlaqədar, yerli varlılardan Çolaq Ağabala Quliyevin başçılığı ilə "Bakı-Batum" neft kəməri aksioner şirkətini yaradırlar.
O zaman üçün nəhəng inşaat hesab edilən bu neft kəməri Bakıdan başlayaraq Kür düzənliyindən keçib, Qafqaz dağlarının ətəyini və Suram qalasının yamancını aşıb, Reon düzənliyindən ötərək 800 kilometr məsəfədə uzanıb Xəzər sahilini Qara dəniz sahiliylə birləşdirəcəkdi. Bakı nefti okeanlara, uzaq-uzaq ölkələrə, beynəlxalq bazarlara yol açacaqdı.
Kəməri uzatmağa 1897-ci ildə başlayıb, 1907-ci ildə (10 ilə) tamamlamışdılar.
1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirir. Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cu ildə hazır olur. Bu məktəb Nikolayevski (Kommunist) küçəsində (Azərbaycan SSR Elmlər Akademiyasının Əlyazmaları fondunun binası) yerləşir.
Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.
Hacı Zeynalabdin Tağıyev bütün Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınmışdır. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvəllərindən başlayır. Bu da təsadüfi deyildi. 1905-ci il inqlabından sonra hökümətin Oktyabr bəyannaməsi ölkədə mədəni-maarif işlərinin canlanmasına səbəb oldu. Ölkənin hər yerində xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yarandı. Qazet və jurnallar çap edilməyə başladı. Bu cəmiyyətlərin yaradılması, qazet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlıdır. Bu işdə Tağıyev bir növ təşkilatçı rolunu oynayırdı. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılmışdı. İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış Müsəlman Xeyriyyə Cəmiyyəti idi. Bundan başqa "Nəşr və maarif", "Nicat" cəmiyyətlərinin yaranmasında da Hacı Zeynalabdin Tağıyevin yaxından köməyi olmuşdur.
Hacı Zeynalabdin Tağıyev axır illərindəMərdəkandakı bağ evində. Yanında qızlarından biri və onun övladları
Hacı Zeynalabdin iki dəfə evlənmişdir. Birinci arvadı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan onun iki oğlu, bir qızı olmuşdu. Oğlanları: İsmayıl, Sadıq və qızı Xanım. İkinci arvadı məşhur general-leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu İsmayılın arvadı idi. Hacı oğlugildə olarkən, kiçik bacı Sonanı görüb, bəyənmiş və onunla evlənmişdi. Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu olmuşdur. Qızları: Leyla (sonralar Şəmsi Əsədullayevin oğluna ərə getmişdi), Sara və Sürəyya. Oğlanları Məhəmməd və İlyas. Məhəmməd "Dikaya diviziya"nın zabiti olarkən özünü öldürmüş, İlyas isə xəstəliyə tutularaq ölmüşdür.
Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülkiyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey Rusiyanın maraqlarına yönəlir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O özünün artıq əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir.
Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabırın 1-də, axşam səkkizin yarısında, 101 yaşında vəfat etmiş və sentyabrın 4-də dəfn edilmişdir. Onun dəfninə çox böyük izdiham toplanmışdı. İnsanlar yas mərasiminə bütün Bakı və ətraf kəndlərdən ərzaq gətirirdilər.
N.Nərimanovun köməkliyi ilə Bakının "Kommunist" və "Bakinskiy raboçiy" qəzetlərində onunla bağlı nekroloq çap edildi.
Dəfnlə bağlı vəsiyyət
Bir gün Axund Hacı Turab Hacı üçün Quranı, daha doğrusu, Yasin surəsini, oxuyub tərcümə edirdi. 82-ci ayəyə, yəni "Allah bir şeyə iradə eləsə, ona "Ol!" deyər, o da dərhal olar" çatanda, Hacı soruşdu, yəni mənim bu qədər var-dövlətim var. Allah istəsə, bir anın içində əlimdən alar? Axund cavab verir ki, bəli!"
Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə demək olar ki, bütün sərvəti əlindən alınan Hacı vəsiyyət edir ki, öləndə onu Hacı Turabın ayağının altında dəfn etsinlər.
Bu barədə başqa bir rəvayət belədir: Bir dəfə Hacı faytonda gedərkən sınıq bir arabaya minən Axund Hacı Turabla üzbəüz gəlir. Tez faytonu saxlatdırıb, onu Hacı Turaba bağışlamaq istəyir. Hacı Turab faytonu almır və deyir: Təşəkkür edirəm, mən nəyim varsa onunla kifayətlənirəm. Verdiklərinə görə də ilahiyə minnətdaram. Hər şey – varlını da bir anda dilənçiyə çevirə bilən Allahın əlindədir.
Hacı Zeynalabdin o vaxt önəm verməsə də, hər şeyi əlindən alınandan sonra bu uzaqgörən kişinin sözlərini xatırlamamış deyildi. Ona görə də vəsiyyət edir – məni onun ayağı altında basdırın, onun ayağı bildiyini mənim başım bilmir.
Kaydol:
Kayıtlar (Atom)