Şirvanşahlar sarayı — XV əsrdə Şirvanşah I Xəlilullahın dövründə tikilmiş saray kompleksi. Bakının mərkəzində, İçəri şəhərdə yerləşən saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biridir. Kompleksə Şirvanşahlar sarayı, Divanxana, Kеyqubаd məscidi, Şirvanşahlar türbəsi (1435-1436), Şah məscidi(1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), saray hamamı və ovdan daxildir. 1964-cü ildən muzey-qoruq kimi fəaliyyət göstərir və dövlət tərəfindən mühafizə olunur.
2000-ci ildə YUNESKO tərəfindən İçəri şəhər və Qız qalası ilə birlikdə Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir.
Kompleksin quruluşu
Şirvanşahlar memarlıq kompleksinin aşağı həyətində yerləşmiş Şirvanşahlar türbəsi ilə Şah məscidi birlikdə, yuxarı həyətin memarlıq kompleksindən fərqlənən, kiçik bir tikinti kompleksi yaratmışdır. Düzbucaqlı prizma formasında olan Şirvanşahlar türbəsinin Şərq fasadı portal (baştağ) kompozisiyası ilə qeyd edilmiş və dekorativ ünsürlərlə bəzədilmişdir. Bu binanın ifadəli görkəm almasına kompozisiya aydınlığı və memarlıq formalarının ciddiliyi səbəb olmuşdur. Türbə tikintisində işıq kölgə ləkələrinə, şaquli memarlıq hissələri ilə üfüqi formalar arasındakı kontrastlığa və ustaların məharətlə yaratdığı daş üstündəki oymalara geniş yer verilmişdir.
Binanın daxili hissəsi çatma günbəzlə nəhayətlənib. Cənub və Şimal tərəflərdə yerləşmiş xidmət otaqları tağtavanla örtülmüşdür. Şimal tərəfdəki otaqda dama aparan dolama pilləkənlər yerləşdirilmişdir. Daxili quruluşun əsas hissəsi salona verilmişdir. Salonun divarlarında çatmatağlı dərin taxçalar yerləşdirilmişdir. Salonun üstü itibucaqlı təpəsi olan günbəzlə örtülmüşdür. Bu günbəz kürəvi formalı yelkənlər üzərində yerləşdirilmişdir. Günbəzin daxili səthi zərif dilim hissələrə parçalanmışdır. Salonun Qərb tərəfindəki iki kiçik otaqda türbə əmlakı saxlanırmış. Salonun ciddi üslublu memarlıq görkəmində nəzərə çarpan cəhət interyerlə qamətli günbəzin düzgün nisbətdə tikilməsidir. Günbəz vaxtilə firuzəyi kaşı lövhələrlə örtülü olmuşdur.
Bu türbəni fərqləndirən əlamətdar xüsusiyyətlərdən biri onun yeraltı sərdabə hissəsinin olmasıdır. Nəşlər salonun döşəməsində yerləşdirilmiş sərdabələrdə dəfn edilmiş və sərdabə daş lövhələrlə örtülmüşdür.
Türbənin baştağı Azərbaycan portallarının ən gözəllərindəndir. Bu baştağın dilimi tavanı yuxarıdan çatma yarımgünbəzlə nəhayətlənmiş, aşağıdan isə stalaktitlərlə bəzədlimişdir. Yarımgünbəz 4 cərgədə yerləşdirilmiş stalaktit kəmərinə söykənmişdir.
Baştağda çatmatağın üstündə nəbati üslublu naxışlar, sol və sağdakı medalyonda isə güzgü əksliyi ilə təkrar olunan "memar Əli" sözləri verilmiş, portalın yuxarı hissəsində isə nəsx xətti ilə iki sırada Quran ayələri qabarıq formada oyulmuşdur. Baştağı soldan ayıran çatmatağlı giriş qapısının üstündəki iki sətirli daş kitabə abidənin tikilmə tarixindən xəbər verir:
Şirvanşahlar sarayı* | |
---|---|
Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower** | |
UNESCO Ümumdünya irsi | |
Şirvanşahlar saray kompleksinin görünüşü | |
Ölkə | Azərbaycan |
Tipi | Mədəni |
Meyarlar | iv |
İstinad | 958 |
Region*** | Avropa |
Daxil edilmə tarixi | |
Daxil edilməsi | 2000 (XXIV sessiya) |
Təhlükəsi | 2003-2009 |
Xəritədə yeri | |
* "UNESCO–Ümumdünya irsi" saytında adı ** azərb. dilində adı *** UNESCO təsnifatına görə region |
Hiç yorum yok:
Yorum Gönder